“Mançester Siti”də ciddi itki: “Liverpul”la oyunu buraxa bilər
04.11.2019 , 20:34

İngiltərənin “Mançester Siti” klubu ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, “şəhərlilər”in futbolçusu David Silva zədələnib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Yarımmüdafiəçinin Premyer Liqanın 12-ci turunun “Liverpul”la matçda iştirak edəcəyi bilinmir.
“Liverpul” – “Mançester Siti” görüşü noyabrın 10-da keçiriləcək.
