“Mançester Siti”nin hücumçusu Serxio Aquero İngiltərə Futbol Federasiyası tərəfindən cəzalandırılıb.
Korner.az-ın məlumatına görə, buna səbəb argentinalının “Vest Hem”lə oyunda etdiyi hərəkətdi.
Belə ki, rəqib oyunçuya qarşı kobudluq edən futbolçunun bu davranışı hakimlərin gözündən yayınsa da, videotəkrarda diqqət çəkib.
Bu səbəbdən 3 oyunluq cəzalandırılan hücumçu “Mançester Yunayted”, “Bornmut” və “Suonsi” ilə oyunları buraxacaq.
