“Mançester Siti”nin futbolçusu Yaya Ture Çempionlar Liqasının yarımfinalında “Real”a qarşı ilk matçda oynamayacaq.
Korner.az-ın məlumatına görə, bu barədə Mançester təmsilçisinin baş məşqçisi Manuel Pelleqrini məlumat verib. O, Y.Turenin zədə səbəbindən sözügedən qarşılaşmanı buraxacağını bildirib.
