“Mançester Siti” yenidən liderliyə yüksəldi
20.04.2019 , 17:46

İngiltərə Premyer Liqasında 34-cü turun görüşlərinə start verilib.
Turun ilk oyun günü “Mançester Siti” doğma meydanda “Tottenhem” ilə qarşılaşıb. Görüş “şəhərlilər”in minimal hesablı qələbəsi ilə başa çatıb.
İngiltərə Premyer Liqası / 34-cü tur:
20 aprel, şənbə
“Mançester Siti” – “Tottenhem” 1:0
Qol: 5′ Filip Foden (1:0)
Qeyd edək ki, bu qələbə “Mançester Siti”ni yenidən liderliyə yüksəldib.
