“Mançester Siti” yenidən liderliyə yüksəldi
28.04.2019 , 19:06

İngiltərə Premyer Liqasında 36-cı turun görüşləri davam edir.
Çempionluq yarışı içərisində olan “Mançester Siti” “Börnli” səfərində minimal hesablı qələbə ilə yenidən liderliyə yüksəlib.
İngiltərə Premyer Liqası
28 aprel, bazar
“Börnli” – “Mançester Siti” 0:1
Qollar: 63′ Serxio Aqüero (0:1)
Qeyd edək ki, xallarının sayını 92-yə çatdıran “Mançester Siti” liderliyə yüksəlib.
