“Mançester Siti” “Vulverhempton”un müdafiəçisini istəyir
07.05.2025 , 12:55

“Mançester Siti” yeni mövsüm üçün transfer axtarışlarını davam etdirir.
Korner.az xəbər verir ki, “şəhərlilər” “Vulverhempton”un oyunçusu Rayan Ait-Nurini heyətinə cəlb etmək üçün hərəkətə keçib.
Bu barədə “TBR Football” məlumat yayıb.
İngiltərə nəhəngi əlcəzairli futbolçunu yayda transfer etməyi düşünür.
23 yaşlı sol cinah müdafiəçisi ilə təkcə “Mançester Siti” deyil, “Tottenhem” də maraqlanır.
“Vulverhempton” Ait-Nuri üçün təxminən 40 milyon funt sterlinq tələb edir.
Bu mövsüm 38 matçda meydana çıxan futbolçu 5 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
