“Mançester Siti” ulduz oyunçunu göndərir
25.02.2025 , 11:30

“Mançester Siti” yeni mövsüm üçün yayda heyətində təmizlik işləri aparacaq.
Korner.az xəbər verir ki, klub bu səbəbdən bir neçə oyunçu ilə yollarını ayırmaq fikrindədir.
Bu futbolçulardan biri Kevin De Bruynedir.
İngiltərə nəhəngi belçikalının əvəzinə “Bayer Leverkuzen”dən Florian Virtzi heyətinə cəlb etməyi düşünür.
“Şəhərlilər” De Bruynenin mövsüm sonunda bitəcək olan müqaviləsini yeniləməyəcək.
