“Mançester Siti” – “Şalke” görüşünün hakimləri açıqlandı
10.03.2019 , 16:41
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək “Mançester Siti” – “Şalke” görüşünün baş hakimi müəyyənləşib.
İngiltərə də keçiriləcək görüşü fransalı hakim Kleman Tyurpen idarə edəcək. Onun köməkçiləri Nikolya Dano və Siril Qrinqor olacaq. Fransua Letesye VAR (videotəkrar) otağından oyuna nəzarət edəcək.
Qeyd edək ki, görüş martın 12-si gecə saat 00:00-da start götürəcək.
