“Mançester Siti” klubunun rəhbərliyi mövsümün sonunda baş məşqçi postunda dəyişiklik etmək niyyətindədi.
Korner.az-ın məlumatına görə, “şəhərlilər” Karlo Ançelotti ilə rəsmən danışıqlara start veriblər.
Hazırda Madrid “Real”ını çalışdıran təcrübəli məşqçinin yayda postundan ayrılacağı istisna edilmir. Əgər “kral klubu” cari mövsümü titulsuz başa çatdırsa, Ançelotti komandadan göndəriləcək. İngilislər də məhz bundan istifadə etmək istəyirlər. Onların fikrincə, “Mançester Siti”ni ancaq Ançelotti Avropa klubuna çevirə bilər.
