“Mançester Siti” qələbə ilə liderliyə yüksəldi – VİDEO
04.04.2019 , 11:22

İngiltərə Premyer Liqasında 32-ci turun görüşləri keçirilir
Çempionluğa namizədlərdən “Mançester Siti” doğma meydanda “Kardiff Siti” klubunu qonaq edib. Görüş “şəhərlilər”in 2:0 hesablıq qələbəsi ilə başa çatıb.
3 aprel, çərşənbə
İngiltərə Premyer Liqası
“Mançester Siti” – “Kardiff Siti” – 2:0
Qollar: 6′ Kevin De Bruyn (1:0), 44′ Leroy Sane (2:0)
