“Mançester Siti” misirli futbolçunu transfer etdi
23.01.2025 , 13:43

“Mançester Siti” “Ayntraxt”ın (Frankfurt) hücumçusu Omar Marmuşu transfer edib.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
25 yaşlı misirli oyunçu artıq Mançesterə gəlib. Marmuş tibbi müayinədən keçəndən sonra rəsmi müqaviləyə imza atacaq.
Futbolçunun transfer dəyəri 75 milyon avro olaraq dəyərləndirilib.
