“Mançester Siti” onu istəyir
09.01.2025 , 13:30
“Palmeyras”ın müdafiəçisi Vitor Reis yeni transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, futbolçunun xidmətində “Mançester Siti”nin maraqlı olduğu iddia olunur.
“Şəhərlilər” yaxın günlərdə 18 yaşlı oyunçu üçün Braziliya klubuna rəsmi təklif göndərəcək.
Premyer Liqa klubu Reis üçün 40 milyon avrosundan keçməyə hazırdır.