“Mançester Siti” bu futbolçunu icarəyə verdi
06.01.2025 , 19:00
“Mançester Siti”nin müdafiəçisi İssa Kabore klubundan ayrılıb.
Korner.az xəbər verir ki, o, karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
23 yaşlı futbolçu icarə əsasında “Verder”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kabore mövsümün sonuna qədər “ağ-yaşıllar”da forma geyinəcək.