“Mançester Siti” ondan yaxşı xəbər aldı
20.12.2023 , 12:37

Üç aydır ki, yaşıl meydanlardan kənar qalan Kevin de Bryüne məşqlərə başlayıb.
Korner.az-ın məlumatına görə, “Mançester Siti”nin yarımmüdafiəçisi zədəsini sağaldıb və məşqlərə başlayıb.
Komandanın digər zədəlisi Erlinq Halandın isə məşqlərə hansı vaxtda qoşulacağı bilinmir.
