“Mançester Siti” növbəti titulunu qazandı – VİDEO
19.05.2019 , 10:00

İngiltərə “FA” kubokunda hazırki mövsümünün qalibi müəyyənləşib.
“Uembli” stadionunda keçirilən final oyununda “Mançester Siti” və “Uotford” üz-üzə gəlib. Oyun “şəhərlilər”in 6:0 hesablı qələbəsi ilə başa çatıb.
“Mançester Siti” – “Uotford” – 6:0
Qollar: Silva, 26, Sterlinq, 38, De Brüyne, 61, Jezus, 68, Sterlinq, 81, 87
Qeyd edək ki, Pep Qvardiola bir mövsüm ərzində İngiltərədə mümkün olan bütün titulları əldə edən ilk müətəxəssis olub.
