“Mançester Siti” növbəti çempionluğa doğru
18.05.2019 , 12:24

Bu gün İngiltərədə mövsümün sonuncu rəsmi görüşü baş tutacaq.
“FA Cup” turnirinin finalında “Mançester Siti” Uotford klubu ilə qarşılaşacaq. Görüş “Uembley” stadionunda keçiriləcək. Pep Qvardiolanın yetirmələri çempion olsa, ölkə daxili bütün turnirlərdə çempion olan ilk klub olaraq adını İngiltərə futbol tarixinə yazdırmış olacaq. Belə ki, bundan əvvəl heç bir klub İngiltərədə bir mövsüm ərzində 3 titul qazana bilməyib.
Qeyd edək ki, final matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
