“Mançester Siti” müdafiə xəttini onunla gücləndirdi
19.01.2026 , 20:15
“Mançester Siti” İngiltərə millisinin mərkəz müdafiəçisi Mark Qehini heyətinə qatıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, 25 yaşlı futbolçu üçün “şəhərlilər” “Kristal Pelas”a 23 milyon avro ödəyib. Onunla müddəti 2031-ci ilin yayına qədər olan müqavilə imzalanıb.