“Mançester Siti” misirli futbolçu ilə razılığa gəldi
17.01.2025 , 22:31

“Mançester Siti” yeni transferini həyata keçirib.
Korner.az xəbər verir ki, “şəhərlilər” “Ayntraxt”dan Omar Marmuşu heyətinə cəlb edib.
Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
İngiltərə nəhəngi misirli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq.
