“Mançester Siti” “Milan”dan futbolçu transfer edir
19.05.2025 , 17:45

“Mançester Siti”nin yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, “şəhərlilər” “Milan”ın yarımmüdafiəçisi Ticani Reynderslə maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Premyer Liqa klubu niderlandlı futbolçu ilə artıq razılığa gəlib.
Keçidin 50 milyon avroya başa gələcəyi bildirilir.
