“Mançester Siti” ispaniyalının transferini yekunlaşdırır
04.02.2025 , 10:45

“Mançester Siti” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Portu”dan Niko Qonsalesin keçidini həll etməyə çalışır.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İngiltərə nəhəngi ispaniyalı yarımmüdafiəçi üçün Portuqaliya klubuna 60 milyon avro təzminat ödəməyə hazırdır.
23 yaşlı oyunçu yaxın günlərdə rəsmi müqaviləyə imza atacaq.
