“Mançester Siti” İngiltərə Liqa kubokunun qalibi oldu
25.02.2019 , 10:19

İngiltərə Liqa kubokunun qalibi müəyyənləşib.
Finalda “Çelsi”ni penaltilər seriyasında məğlub edən “Mançester Siti” titula sahib çıxıb. “Şəhərlilər” bununla da 6-cə dəfə (1970, 1976, 2014, 2016, 2018, 2019) Liqa kubokunu qazanıb.
Qeyd edək ki, “Mançester Siti” bu göstəricidə yalnız “Liverpul”dan (8 dəfə) geri qalır.
İngiltərə Liqa kuboku, final oyunu
24 fevral
“Çelsi” – “Mançester Siti” – 0:0
Penaltilər seriyasında – 3:4
