“Mançester Siti” ilə İlkay Gündoğan arasında gərginlik
17.05.2023 , 18:11

“Mançester Siti” mövsümün sonu müqaviləsi başa çatacaq İlkay Gündoğanın müqaviləsini uzatmaq qərarına gəlib.
Korner.az xəbər verir ki, Premyer Liqa klubu futbolçu ilə 1 illik müqavilə bağlamaq istəsə də, İlkay onunla uzun müddətli sözləşmə bağlanmağını tələb edib.
“Bild”in yaydığı xəbərə görə, futbolçunun bu istəyini “Barselona”nın qarşılayacağı deyilir. Onun mövsümün sonu komandadan ayrılacağı gözlənilir.
Bu mövsüm “Mançester Siti” ilə ümumilikdə 47 oyuna çıxan İlkay Gündoğan 9 qol vurub, 7 məhsuldar ötürmə edib.
