“Mançester Siti” gənc oyunçu ilə maraqlanır
07.04.2025 , 10:45

“Aston Villa”nın hücumameyilli yarımmüdafiəçisi Morqan Rocers klubunu dəyişir.
Korner.az xəbər verir ki, 22 yaşlı futbolçunun xidmətində “Mançester Siti” maraqlıdır.
Təcrübəli oyunçunun keçidinə Qvardiola özü də müsbət baxır.
Rocers bu mövsüm Premyer Liqada 30 oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə verib.
