“Mançester Siti” finalda!
28.04.2025 , 10:55

İngiltərə kubokunda finalçılar məlum olub.
Korner.az xəbər verir ki, “şəhərlilər” yarımfinalda “Nottingem Forest”ə 2:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Həlledici görüş mayın 17-də keçiriləcək. Final matçında “Mançester Siti” “Kristal Pelas”la qarşılaşacaq.
“Nottingem Forest” – “Mançester Siti” 0:2
Qollar: Lyuis 2, Qvardiol 51
