“Mançester Siti” finala bir addım yaxınlaşdı – Video
14.01.2026 , 09:30
İngiltərə Liqa Kubokunda yarımfinal qarşılaşmaları start götürüb.
Korner.az xəbər verir ki, ilk oyunda “Mançester Siti” səfərdə “Nyukasl”ın qonağı olub.
Görüş Pep Qvardiolanın rəhbərlik etdiyi komandanın 2:0 hesablı üstünlüyü ilə başa çatıb. “Şəhərlilər”in qollarını 53-cü dəqiqədə Semenyo, matçın son saniyələrində isə Şerki vurub.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab qarşılaşmaları fevralın 4 və 5-də keçiriləcək.