“Mançester Siti” digər ingilis klublarını “ikiyə qatladı”
13.03.2019 , 15:01

2019-cu ildə bütün turnirlər daxil olmaqla, ingilis klubları arasında ən yaxşı qol göstəricisi “Mançester Siti” klubuna aiddir.
“Şəhərlilər” həm ölkə daxili yarışlarda, həm də beynəlxalq turnirlərdə qarşılarına çıxan rəqiblərinə şans vermir. Statistika ilə sizləri tanış edirik:
“Mançester Siti” – 61 qol
“Arsenal” – 29 qol
“Mançester Yunayted” – 27 qol
“Çelsi” – 27 qol
“Tottenhem” – 27 qol
Qeyd edək ki, cari mövsüm İngiltərə liqa kubokuna qazanmış “Mançester Siti” digər bütün turnirlərdə mübarizəni davam etdirir.
