“Mançester Siti” CAS-a şikayət etdi
27.02.2020 , 16:12

Maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən qarşıdakı 2 il müddətinə Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırılan “Mançester Siti” İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Korner.az xəbər verir ki, klubun apellyasiya şikayəti qəbul olunub.
Xatırladaq ki, UEFA “Mançester Siti”ni avrokuboklardan kənarlaşdırmaqla yanaşı, klubu 30 milyon avro məbləğində cərimələyib.
