“Mançester Siti” bu futbolçunu transfer edəcək
21.10.2024 , 14:00

“Mançester Siti”nin yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, “şəhərlilər” “Torino”nun yarımmüdafiəçisi Samuele Riccini heyətinə cəlb etmək istəyir.
Premyer Liqa nəhəngi futbolçunu Rodriyə əvəzləyici olaraq görür.
Klub italiyalı oyunçu üçün “Torino”ya təklif göndərməyi planlaşdırır.
