“Mançester Siti” bu futbolçu üçün 85 milyon ödəyəcək
22.08.2023 , 21:05

“Mançester Siti” heyətinə yeni futbolçu cəlb edə bilər.
Korner.az xəbər verir ki, klub “Vest Hem”in hücumameyilli yarımmüdafiəçisi Lukas Paketanı sıralarına qatmağa yaxındır.
25 yaşlı braziliyalı futbolçunun keçidi üçün “Vest Hem”lə 85 milyon funt sterlinq məbləğində razılıq əldə edilib.
