“Mançester Siti” Bernardo Silva ilə müqaviləni uzatdı
14.03.2019 , 13:15

İngiltərənin “Mançester Siti” klubu daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.
“Şəhərlilər” portuqaliyalı yarımmüdafiəçi Bernardo Silva ilə yeni sözləşməsi imzalayıb. 24 yaşlı futbolçu ilə 2025-cilin yayına qədər razılıq əldə olunub.
Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən “Mançester Siti” klubunun şərəfini qoruyur.
