“Mançester Siti” “Barselona”nın futbolçusu Serxio Busgetsi transfer etmək istəyir
İngiltərə klubunun baş məşqçisi Pep Qvardiolanın transfer siyahısında 29 yaşlı yarımmüdafiəçinin də adı yer alıb. Təzminat qiyməti 200 milyon avro olan S.Busgets üçün “Mançester Siti” 56 milyon avroluq təklif göndərəcək. Qvardiola hesab edir ki, “Barsa” bu qiymətə oyunçunu satmağa razılıq verəcək.
Qeyd edək ki, S.Busgetsin Kataloniya klubu ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.
