“Mançester Siti” Akeni satmır
28.01.2026 , 14:30
“Mançester Siti” Natan Ake ilə yollarını ayırmaq fikrində deyil.
Korner.az xəbər verir ki, komandanın baş məşqçisi Pep Qvardiola hazırda müdafiəçinin satışını məqsədəuyğun hesab etmir.
Qış transfer dövründə futbolçuya gələn təkliflərin dəyərləndiriləcəyi gözlənilsə də, müdafiə xəttində yaranan çoxsaylı zədələr bu ehtimalı aradan qaldırıb.
Xarici KİV yazır ki, “Milan” 30 yaşlı niderlandlı oyunçunu heyətinə qatmaq üçün “Mançester Siti”yə rəsmi müraciət edib. Lakin İngiltərə klubunun rəhbərliyi Qvardiolanın qərarına uyğun olaraq danışıqlara başlamaqdan imtina edib.
Natan Akenin “şəhərlilər”lə mövcud müqaviləsi daha 18 ay qüvvədədir. Müdafiəçi ilə maraqlanan digər klub isə “Barselona”dır.