“Mançester Siti” 68 ildən sonra ilk dəfə 4 qol buraxaraq qalib gəldi
03.12.2025 , 14:45
“Mançester Siti” Premyer Liqanın 14-cü turunda səfərdə “Fulhem”i 5:4 hesabı ilə məğlub edib.
Korner.az xəbər verir ki, bu, “şəhərlilər”in sonuncu dəfə 1957-ci ilin dekabrında 4 qol buraxaraq qazandığı oyunundan sonra ilk belə nəticədir.
Həmin vaxt “Mançester Siti” “Şeffild Uensdey”i eyni hesabla məğlub etmişdi.