Malta millisinin heyəti açıqlanıb.
Korner.az-ın məlumatına görə, cırtdan ölkə təmsilçisi martın 25-də Gürcüstanla yoxlama, 28-də Azərbaycanla seçmə oyunlarında güvənəcəyi futbolçuları müəyyənləşdirib.
Bu iki qarşılaşma üçün yığmaya 26 futbolçu çağırılıb. Baş məşqçi Petro Qedin heyətə 4 qapıçı, 9 müdafiəçi, 8 yarımmüdafiəçi və 5 hücumçu dəvət edib.
Qapıçılar: Yustin Haber (“Birkirkara”), Henri Bonelyo (“Hibernians”), Endryu Hoq (“Kalloni”, Yunanıstan), Qlen Zammit (“Slima”);
Müdafiəçilər: Andre Agius, Kleyton Failla (hər ikisi “Hibernians”), Stiv Bezzina (“Balzan”), Stiv Borq, Rayan Kamilleri, Conatan Karuana (hamısı “Valletta”), Rayan Kamenzuli, Zak Muskat (hər ikisi “Birkirkara”), Yurgen Pisani (“Pieta”);
Yarımmüdafiəçilər: Konor Borq, Stiv Pisani (hər ikisi “Floriana”), Roderik Briffa, Rayan Fenek (hər ikisi “Valletta”), Pol Fenek, Rouen Muskat (hər ikisi “Birkirkara”), Byorn Kristensen (“Hibernians”), Mark Scerri (“Slima”);
Hücumçular: Endryu Kohen, Jan Pol Farruqia, Josef Mbonq (hamısı “Hibernians”), Alfred Effionq (“Qormi”), Andre Şembri (“Omoniya”, Kipr).
