Maldinidən səhhəti ilə bağlı açıqlama
24.03.2020 , 20:19

“Milan”ın texniki direktoru futbolçusu Paolo Maldini səhhəti ilə bağlı açıqlama verib.
Korner.az xəbər verir ki, oğlu Daniellə birgə koronavirua yoluxan canlı əfsanə yaxşı olduqlarını söyləyib:
“Mesajlarınız üçün hamınıza təşəkkür edirəm. Diqqətinizi daim hiss etdik. Hazırda yaxşıyıq. Həkimlər bir həftə ərzində tam sağalacağımızı bildirdi”.
