Dünya futbolunun canlı əfsanələrindən olan Çezare Maldini bu gün vəfat edib.
Korner.az-ın məlumatına görə, İtaliya millisinin və “Milan”ın sabiq üzvü 84 yaşında dünyasını dəyişib.
Futbola “Triestina” klubunda başlayan Maldini “Milan”la dörd dəfə İtaliya A Seriyasını qazanıb. O, məşqçilik dönəmində bir sıra klublarla yanaşı, İtaliya və Paraqvay millisini də çalışdırıb.
