Maldini koronavirusa qalib gəldi
08.04.2020 , 19:49

“Milan”ın texniki direktoru Paolo Maldini koronavirusa qalib gəlib.
Korner.az xəbər verir ki, sabiq futbolçudan götürülən son testin nəticəsi neqativ çıxıb.
Maldini ilə yanaşı, onun 18 yaşlı oğlu, “Milan”da çıxış edən Daniel də koronavirusa yoluxmuşdu.
Paolo və Daniel Maldinidə koronavirus aşkarlandığı martın 21-də açıqlanmışdı.
