“Malatyaspor”dan ayrılan futbolçu “Ərzurumspor”da
12.08.2020 , 18:52

“Ərzurumspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa klubu son olaraq “Yeni Malatyaspor”da çıxış etmiş Arturo Minanı heyətinə qatıb.
Futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Qeyd edək ki, Mina üç mövsüm idi “Yeni Malatyaspor”da çıxış edirdi.
