Maksim Medvedyev 70-ə çatdı
28.07.2018 , 13:53

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Kukesi” klubu ilə səfər oyunu “Qarabağ”ın futbolçusu Maksim Medvedyev üçün yubileylə yadda qalıb.
Millimizin də aparıcı üzvü olan müdafiəçi avrokuboklarda 70-ci qarşılaşmasına çıxıb.
Təcrübəli futbolçu indiyə qədər 23 Çempionlar Liqası, 47 Avropa Liqası matçına çıxıb. Maksim bütün bu görüşləri “Qarabağ”ın heyətində keçirib.
Qeyd edək ki, Medvedyev Azərbaycanda eyni klubla ən çox avrokubok matçı keçirən oyunçu ünvanına da sahibdir.
