Maksim Medvedevin durumuna aydınlıq gəldi
22.09.2018 , 13:07

Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Sportinq”lə səfər oyununda zədə alan “Qarabağ”ın futbolçusu Maksim Medvedevin durumuna aydınlıq gəlib. Ağdam klubunun vitse-kapitanı ötən gün axşam saatlarında tibbi müayinədən keçib. Müayinədən sonra millimizin üzvünün zədəsinin ciddi olmadığı üzə çıxıb. O, 3 gündən sonra məşqlərə başlaya biləcək.
Medvedev Topaz Premyer Liqasının V turunda “Qəbələ” ilə qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Maksim “Sportinq”lə qarşılaşmanın 62-ci dəqiqəsində dizindən xəsarət alaraq oyunu davam etdirə bilməyib və Abbas Hüseynovla əvəzlənib.
