“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev zədəsini sağaldıb.
Korner.az-ın məlumatına görə, artıq komanda ilə birgə məşq edən futbolçunun Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya “Tvente”sinə qarşı oyunda meydana çıxa bilər. Həkimlər də futbolçu ilə bağlı yekun qərarı məhz sabah verəcəklər.
Qeyd edək ki, “Qarabağ” – “Tvente” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
