Maksim Medvedev yenidən millinin toplanışında
18.03.2021 , 14:24

“Qarabağ” klubunun futbolçusu Maksim Medvedev bu gündən milli komandanın toplanışına qoşulacaq.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Qeyd edək ki, martın 15-dən etibarən Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışındadır.
Xatırladaq ki, M.Medvedev bundan əvvəl şəxsi məsələləri ilə əlaqədar toplanışa cəlb olunmamısını xahiş etmişdi.
