Maksim Medvedev: “İnanıram ki, sabah istədiyimiz nəticəni qazana biləcəyik”
28.10.2020 , 16:30

“Hər kəsi salamlayıram. Türkiyədə vacib matça çıxacağıq. “Vilyarreal” böyük komandadır və baxımlı oyun sərgiləyirlər”.
Korner.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın kapitanı Maksim Medvedev Avropa Liqasının I qrupunun II turunda “Vilyarreal”a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
31 yaşlı futbolçu bildirib ki, hazırda ölkədə və “Qarabağ”da vəziyyət elə də yaxşı deyil: “Çalışacağıq ki, Azərbaycanı yaxşı təmsil edək. Baş məşqçi ilə birlikdə rəqibin oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı oyun olacaq və istədiyimiz nəticəni qazana biləcəyik”.
“Qarabağ” – “Vilyarreal” matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.
