Futbol

Maksim Medvedev – 300

24.02.2020 , 11:32

Azərbaycan Premyer Liqasının 18-ci turu “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün yubileylə əlamətdar olub.

Korner.az PFL-in saytına istinadən xəbər verir ki, təcrübəli müdafiəçi ölkə çempionatlarının yüksək liqasında 300-cü matçını keçirib.

Bu, “Sumqayıt”la ev oyununa (1:0) təsadüf edib. Maksimin debütü 2006/07 mövsümündə gerçəkləşib. O, 14-cü mövsümü keçirdiyi Premyer Liqada yalnız bir klubda çıxış edib. Medvedevin hesabında 10 qol var.

Son yazılar

Yuxarı