İsrailin “Makkabi” klubunun kapitanı Yaniv Katan deyib.
Korner.az-ın məlumatına görə, sabah Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran”ı qonaq edəcək Hayfa təmsilçisinin aparıcı üzvü Cənub klubunu keçə bilməyəcəkləri təqdirdə bunun onlar üçün uğursuzluq olacağını bildirib:
“Sabahkı oyun həyacanlı keçəcək. Bu oyun bizim üçün vacibdi. Uzun illər ilk mərhələni uğurla keçmişik. Ancaq bu dəfə “Xəzər Lənkəran”ı keçə bilməsək, bu, bizim üçün uğursuzluq olacaq. Meydanda öz təcrübəmi və bacarığımı qoymağa çalışacağam. Rəqibi qiymətləndirməliyik. Əks təqdirdə bu bizə baha başa gələr”.
Qeyd edək ki, “Makkabi” – “Xəzər Lənkəran” oyunu bu gün, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
