Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Makkabi" (Hayfa) – "Xəzər Lənkəran" matçının baş hakiminin adı açıqlanıb.
Korner.az-ın məlumatına görə, Hayfanın "Kiryat Eliezer" stadionunda baş tutacaq oyunu sloveniyalı referi Slavko Vinçiç idarə edəcək.
Qeyd edək ki, "Makkabi" – "Xəzər Lənkəran" iyulun 18-də keçiriləcək. |
