Avroliqanın II təsnifat mərhələsi çərçivəsində iyulun 18-də İsraildə keçiriləcək “Makkabi” (Hayfa) – “Xəzər Lənkəran” oyunu canlı yayımlana bilər.
Bu barədə Korner.az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Cənub klubunun rəsmisi Hayfadakı oyunun canlı yayımlanması üçün klub rəhbərliyinin danışıqlara başlayacağı və bu matçın azarkeşlərə canlı göstərilməsi üçün əllərindən gələni edəcəklərini bildirib.
