“Makkabi” – “Sabah” oyununun hakimləri məlum oldu
19.07.2024 , 18:29

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”ın səfərdə “Makkabi”yə (İsrail) qarşı keçirəcəyi ilk oyununun hakim təyinatı açıqlanıb.
Korner.az xəbər verir ki, Macarıstandakı“Varkert” stadionunda keçiriləcək görüşü belçikalı hakimlər briqadası idarə edəcək.
Marçın baş hakimi Natan Verbumen olacaq. Ona yan xətt hakimləri Matias Hillaert və Ruben Vins kömək edəcək. Dördüncü hakim funksiyasını isə Uesli De Kremer yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 25-də keçiriləcək ilk matç saat 19:00-da başlayacaq.
