Makedoniyalı futbolçusu Mensur Kurtişi karyerasını Azərbaycanda davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, bu barədə Qazaxıstan mətbuatına futbolçunun meneceri məlumat verib.
Həmkarlarımızın iddiasına görə, “Tobol”da çıxış edən futbolçu ölkəmizdən təklif alıb. Onu ölkəmizə gətirmək istəyən klubun adı açıqlanmır. Mensura Azərbaycanla yanaşı, Cənubi Koreya və Çindən də təkliflər var.
