Azərbaycan milli komandasının və "Xəzər Lənkəran" FK-nın futbolçusu Kamran Ağayevlə bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayevin "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimova müraciətinə münasibət bildirilib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, "Xəzər Lənkəran" klubunun prezidenti Mais Mənsimovun bu məsələ ilə bağlı deyib ki, AFFA prezidentinin müraciətinə cavabı müsbət olacaq: "Baş məşqçi Yunis Hüseynovun da qərarına əsasən, məsələ öz həllini tapacaq", – deyə o vurğulayıb.
